- Baxış sayı: 19
- 25 Fevral 2026 01:50
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“İnter”in baş məşqçisi Kristian Kivu çempionlar liqasında “Budo/Qlimt”lə cavab matçı öncəsi (ilk oyun 1:3) iddialı danışıb.
Allsport.az xəbər verir ki, o, komandasının hesabı öz xeyrinə dəyişməyə qadir olduğunu bildirib.
Mütəxəssis futbolçularını soyuqqanlı olmağa və 120 dəqiqəlik mübarizəyə hazırlaşmağa çağırıb: “Məqsədimiz qələbə qazanmaqdır. Tələsmədən, balanslı oyunla hər şeyi dəyişə bilərik. Penaltilərə qədər hər ssenariyə hazırıq”.
Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.