- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 292
- Mart 16, 2026
- 0

Şüvəlandakı ağırlıqqaldırma akademiyasında Azərbaycan çempionatı start götürüb. Allsport.az xəbər verir ki, körpücük üzərinə ilk olaraq qadınlar çıxıb.
Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 142 kq (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219.7 xalla qızıl medala layiq görülüb.
Toplam 161 kq (71+90) nəticə və 217.3 xalla Günel Vəliyeva 2-ci, toplam 139 kq (62+77) nəticə və 199.1 xalla Gülçin Əlizadə 3-cü pillədə qərarlaşıblar.