- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Anderson alimenti ödəmədiyi üçün 30 günlük həbs oluna bilər.
Allsport.az xəbər verir ki, qərar Braziliyanın Porto Aleqri şəhərinin mülki məhkəməsi tərəfindən qəbul edilib.
37 yaşlı braziliyalının ödəməli olduğu məbləğ 1 milyon reala (188 min dollardan çox) çatıb.
“Mançester Yunayted”lə Anderson dörd İngiltərə çempionluğu, çempionlar liqası və klublararası dünya kubokunun qalibi olub. O, həmçinin “Portu” (Portuqaliya), “Fiorentina” (İtaliya), “Qremio”, “İnternasional” , “Koritiba” (Braziliya), “Adana Dəmirspor” (Türkiyə) klublarında da çıxış edib.