- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Los-Anceles”in hücumçusu Karlos Vela peşəkar futboldan ayrıldığını açıqlayıb.
Allsport.az xəbər verir ki, meksikalı futbolçu MLS tarixində ən çox mükafat alan oyunçulardan biridir.
O, meydana çıxdığı 152 oyunda 78 qol və 59 məhsuldar ötürmə ilə klubun bütün zamanların lideridir. Vela 2019-cu ildə bir mövsümdə ən çox qol vurmaq üzrə MLS rekordunu müəyyənləşdirib – 34. 2022-ci ildə isə liqa çempionluğunu qazanıb.
Vela Meksika millisi ilə iki dəfə CONCACAF qızıl kubokunu qazanıb (2009, 2015). Karlos 2005-ci ildə isə gənclər arasında dünya çempionatının qalibi olub (17 yaşadək).