- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Fernandinyo peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib.
Allsport.az xəbər verir ki, 40 yaşlı braziliyalı xeyriyyə matçından sonra jurnalistlərə bu qərarını belə izah edib:
“Artıq yorulmuşam. Karyeramda çox şeyə nail olmuşam. Futbolda məni daha heç nə motivasiya etmir. İndi ailəmlə vaxt keçirməliyəm”.
Fernandinyo karyerası ərzində “Mançester Siti”, “Şaxtyor” və Braziliya millisinin heyətində çıxış edib.
O, sonuncu dəfə 2024-cü ilin dekabrında “Atletiko Paranaense”də oynayıb.