- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Beşikdaş”ın hücumçusu Rafa Silva peşəkar karyerasını başa vurmağı planlaşdırır.
Allsport.az xəbər verir ki, 32 yaşlı portuqaliyalı futbolçu bu istəyini “Fənərbağça” ilə derbi matçından əvvəl klub prezidenti Sərdar Adalı ilə görüşdə bildirib. Lakin rəhbər futbolçunu meydana çıxmağa razı salıb.
Rafa Silva bu mövsüm bütün turnirlərdə “Beşikdaş”ın heyətində 16 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Portuqaliyalı futbolçu daha əvvəl “Benfika”, “Braqa” və “Feyrense” kimi klublarda çıxış edib. O, Portuqaliya millisinin heyətində 25 matç keçirib, Avropa çempionatının və millətlər liqasının qalibi olub.