- Baxış sayı: 34
- 10 Mart 2026 15:57
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qonşularının şikayəti əsasında polis araşdırması ilə üz-üzə qalıb.
Allsport.az xəbər verir ki, futbolçunun yaşadığı yaşayış kompleksindəki qonşuları onun dron idarə edərək şəxsi həyatın toxunulmazlığını pozduğunu iddia ediblər.
Sakinlərin sözlərinə görə, ulduz futbolçu pilotsuz uçuş aparatını pəncərələrə çox yaxın məsafədə uçurur. Artıq Rodrinin öz pеnyhausunun balkonunda dron pultu ilə görüntüləndiyi fotolar da ortaya çıxıb. Qonşular bu vəziyyətdən narahatlıqlarını əvvəlcə binanın rəhbərliyinə bildirsələr də, nəticə hasil olmadığı üçün böyük Mançester polisinə müraciət etmək məcburiyyətində qalıblar.
29 yaşlı ispaniyalı futbolçu cari mövsümdə “şəhərlilər”in heyətində 24 matçda 2 qol vurub.