- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 114
- Dekabr 31, 2025
- 0

Uruqvay millisinin, PSJ və “Napoli”nin əfsanəvi hücumçusu Edinson Kavani 38 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib.
Allsport.az xəbər verir ki, Kavani bu qərarını sosial şəbəkə hesabında paylaşaraq futbolla vidalaşıb.
Son olaraq Argentinanın “Boka Xuniors” klubunda çıxış edən Kavani karyerası boyunca keçirdiyi 745 rəsmi matçda 404 qol və 79 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya və Fransa çempionatlarının bombardiri olmuş “El Matador” Uruqvay millisinin heyətində 136 oyuna 58 qol vuraraq ölkə tarixinin ən yaxşı hücumçularından biri kimi adını tarixə yazdırıb.