- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Boavişta” klubu ağır maliyyə problemləri səbəbindən iflas astanasındadır.
Allsport.az xəbər verir ki, çoxsaylı borclar səbəbindən Vila Nova di Qaya şəhər məhkəməsinə klubun ləğv edilməsi barədə ərizə daxil olub. “Boavişta” maliyyə çətinlikləri ucbatından liqa lisenziyası ala bilməmiş, regional yarışlardan isə texniki məğlubiyyətlərə görə çıxmaq məcburiyyətində qalmışdı.
Klub rəhbərliyi 122 illik tarixə malik komandanın infrastrukturunu yetirmələr üçün qorumağa çalışacağını bəyan edib.
“Boavişta” 2001-ci ildə Portuqaliya çempionu olub, ölkə kubokunu 5, superkuboku isə 3 dəfə qazanıb.