- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 263
- Mart 05, 2026
- 0

Çin çempionatının 8-qat qalibi “Quançjou” klubu peşəkar statusunu itirib.
Allsport.az xəbər verir ki, buna səbəb komandanın borclarını ödəyə bilməməsi olub.
“Quançjou” futbol klubu 1954-cü ildə yaradılıb. “Pələnglər” 2013 və 2015-ci illərdə Asiya çempionlar liqasının qalibi olublar. Onlar qitə turnirin qalibi olan yeganə Çin komandasıdır.
Müxtəlif vaxtlarda bu klubu Marçello Lippi, Fabio Kannavaro və Luis Felipe Skolari kimi məşqçilər çalışdırıb.