- Baxış sayı: 248
- 16 Dekabr 2025 23:00
- Baxış sayı: 65
- Dekabr 18, 2025
- 0

Böyük Britaniyanın “University College London” (UCL) universitetinin professoru, kral tibb cəmiyyətinin idman tibbi bölməsinin vitse-prezidenti, idman tibbi üzrə Avropa standartının müəllifi, beynəlxalq olimpiya komitəsinin tibbi eksperti Maykl Pol Luzmor tərəfindən “İdman tibbində çiyin zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim keçirilib.
Allsport.az xəbər verir ki, sözügedən təlimin məqsədi idmançılarda rast gəlinən çiyin zədələnmələri və disfunksiyalarının yaranma səbəblərinin araşdırılması, onların düzgün diaqnostikasının aparılması və reabilitasiya prosesinin səmərəli şəkildə təşkili yollarının öyrənilməsi olub.
Elmi-praktik təlimdə Azərbaycan cüdo federasiyası, Azərbaycan tibb universiteti, dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi, müxtəlif tibb müəssisələrinin həkimləri və Azərbaycan idman akademiyasının əməkdaşları iştirak ediblər.