- Baxış sayı: 15
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

FİFA referisi Elçin Məsiyev təyinat alıb.
Allsport.az xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.
Ona Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benua Millo və Metyu Vernis olacaq.
“G” qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.