“Məşq eləməyə zamanımız olmadı”

“Neftçi” ölkə kubokunun 1/8 finalında səfərdə “Zirə”yə əlavı vaxtda 0:1 yenilib. mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçi əvəzi Sənan Qurbanov uğursuzluğa aydınlıq gətirib:

““Zirə”ni təhlil etmişdik, güclü və zəif tərəflərini futbolçulara göstərmişdik. Bəlkə də, məşq eləməyə zamanımız olmadı. Çünki Tovuz səfərindən sonra cəmi bir məşq keçə bildik. Futbolçuların bərpasına daha çox diqqət eləmişdik.

Oyuna pis başlamadıq. Həm rəqibin hücumlarının qarşısını ala bilirdik, həm də bəzən hücumlarımız daha təhlükəli olurdu. Uşaqlar döyüşdülər, amma sonda buraxdığımız qol üzücü oldu. Azarkeşlərimiz çox yaxşı dəstək verdilər. Onlardan üzr istəyirəm”.

Həmin kateqoriyadan