- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün məşqçilər üçün texniki təlim kursunun açılış olub. Allsport.az saytı xəbər verir ki, layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərini yetişdirilməsi, nəzəri və təcrübə biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçiləri tərəfindən keçirilir. Türkiyə və Sloveniyalı iki təlimçinin iştirakı ilə keçirilən təlim nəzəri və praktiki məşğələlərdən ibarətdir.
Layihədə ümumilikdə 32 məşqçi iştirak etmişdir ki, onların arasında Türkiyə, İsrail və digər ölkələrdən nüməyəndələr vardır. Kurs 20 iyun – 2 iyul tarixlərinədək davam edəcək. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüsyinzadə, Bakı Şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, AVF baş katibi Elşən İsmayılov, “Azərreyl”in vitse-prezidenti Vəsilə Abulova iştirak etdilər.
Çingiz Hüseyinzadə: “Voleybol Azərbaycanda ən sevilən idman növlərindən biridir. Belə seminarların paytaxtımızda keçirilməsi çox sevindirici haldır. Mən inanıram ki, bu seminarlar iştirakçılar üçün böyük əhəmiyyət danışıyacaqdır. Bu mütəxəssislər gələcəkdə bu sertifikatlarla ölkəmizi layiqincə təmsil edəcəklər. Hər kəsə uğurlar arzu edirəm”.
Faiq Qarayev: “Mən AVF prezidenti Ziya Məmmədovun adından hər kəsi salamlayıram. Iştirakçılara uğurlar arzu edirəm. Mən sevinirəm ki, mənim tələbələrim və məşqçilərimiz bu seminarda iştirak edirlər. (Alla Həsənova , İnessa Qorkmaz, Oksana Məmmədyarova, Yelena Parxomenko, Vüqar Əliyev, Aleksandr Çervyakov, Çerneykin Veaçeslav, Ziya Rəcəbov , Fərid Cəlalov) Ölkəmizdə bu cür seminarları keçirmək üçün hər cür şərait var. Hər kəsə uğurlar arzu edirəm. Hər zaman federasiyamıza dəstək olan MOİK və GİN təşəkkür edirəm”.
Raqif Abbasov: “AVF hər zaman beynəlxalq yarışlarına evsahibliyi edib. Bu Seminarda daha bir yenilikdir. Məndə Gənclər İdman Nazirliyi adından salamımı çatdırıram. Hər kəsə uğular arzu edirəm”.