Məşqçilərimiz iki yoxlama oyunu izlədi

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan millimizin məqşçilər korpusu məşq və yoxlama oyunlarını izləməkdə davam edirlər. Allsport.az xəbər verir ki, ötən gün Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç və Faiq Əzizov, həmçinin U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə ilə köməkçisi Babək Alxasov “İnter” – “Eneji Kottbus” (Almaniya) yoxlama oyununu, Mahmud Qurbanov, Yanko Yankoviç, Faiq Əzizov, Yaşar Vahabzadə və Babək Alxasov “Simurq” – “Şaxtyor Karaqandı” (Qazaxıstan) yoxlama oyununu izləyiblər.

Həmin kateqoriyadan