- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Ola bilsin Kamran Ağayevin şəxsi ailə problemləri var və bunu heç kimə demir. Bu səbəbdən azarkeşlərlə, rəqib futbolçularla, hətta artıq jurnalistlərlə də problem yaşayır”. Allsport.az rekord.az-a istinadən xəbər verir ki, bu sözü Azərbaycan millisinin məşqçisi Faiq Əzizov deyib.
Yığmada qapıçılarla işləyən məşqçi olan Əzizov millinin qolkiperi haqda danışıb. O bildirib ki, elədiyi hərəkətləri ilə bağlı Kamranla söhbətləşib: “İnter”lə oyundan sonra təxminən 20 dəqiqə danışdıq. Özünə də dedim ki, bütün dünyada azarkeş futbolçunu söyür. Jurnalist də futbolçu zəif oynayanda onu tənqid edəcək. Yaxşı oyna, yaxşı yazsınlar.
Millidə yaxşı dayananda, səni tərifləyən elə həmin jurnalistlər idi. Bütün media səni “bir nömrə” sayırdı. İndi tənqid yazanda pis oldular? Hamısını dedim, özü də başını aşağı saldı. Hətta orda gördüm ki, jurnalistlərdən biri ona yaxınlaşıb açıqlama almaq istədi. Ancaq danışmadı və ona düz etmədiyini söylədim. Jurnalist yaxınlaşıb futbolla bağlı soruşursa, cavab verməlisən. Yaxud, azarkeş səni söyürsə, sən onları alqışla”.
Əzizov Kamranla milli barədə daha ciddi danışdığını vurğulayıb: “Dedim ki, qış hazırlığını yaxşı keçməlisən. “Qəbələ” Antalyaya təlim-məşq toplanışına gedəcək və biz də milli üzvlərinin hazırlığını izləyəcəyik. Dedim ki, öz üzərində işlə və artır. Əgər elə həmin Kamran olsan, o zaman bizdən incimə”.