- Baxış sayı: 19
- 05 Dekabr 2025 17:47
- Baxış sayı: 90
- Dekabr 05, 2025
- 0

Bu gün “Araz-Naxçıvan” yoxlama matçında “Konyaspor”a uduzub – 1:2. Allsport.az xəbər verir ki, “al qurdlar”ın baş məşqçisi Elmar Baxşıyev görüşlə bağlı danışıb:
“Bu oyun əvvəldən planda yox idi. İki gün əvvəl qərar verdik ki, “Konyaspor”la qarşılaşaq. Üç gün əvvəl isə “Alanyaspor”la gücümüzü sınadıq. 3 gün ərzində super liqanın iki klubu ilə qarşılaşmaq ağır olsa da, meydana çıxan futbolçular yaxşı iş görməyə çalışdılar.
Xüsusilə də müdafiə xəttində dəyişikliklər etmişdik. Müxtəlif variantları yoxlamaq istədik. Səhvlərimiz oldu və rəqib də bundan istifadə etdik. Əlbəttə, yoxlama oyununda nəticə yox, futbolçuların meydanda gördüyü, etdiyi işlər vacibdir.
Məğlub olsaq da, komandamın apardığı mübarizədən, göstərdiyi oyundan narazı qalmadım. Məşqlərdə göstərilənləri gerçəkləşdirməyə çalışırlar. Ancaq düzəltməli olduğumuz elementlər var ki, bunu düzəlmət üçün məşqlərdə çox işləməliyik”.