- Baxış sayı: 32
- 02 Fevral 2026 14:47
- Baxış sayı: 90
- Fevral 02, 2026
- 0

“Turan Tovuz” premyer liqanın XVIII turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə yenilib.
Allsport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Qurban Berdıyev görüşdən sonra mətbuat konfransında iştirak edib:
“İlk öncə “Qarabağ”ı avrokuboklarda uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bu, ümumilikdə Azərbaycan futbolu üçün böyük uğurdur. “Qarabağ” lider kimi çox layiqli mübarizə aparır. Oyuna gəldikdə ümumilikdə razı qaldıq, xüsusilə ikinci hissədən. Birinci hissədə bir qədər ehtiyatlı oynadıq. Məyusedici məğlubiyyət oldu. Son dəqiqələrdə imkanlarımız var idi, lakin reallaşdıra bilmədik.”