- Baxış sayı: 29
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 139
- Fevral 04, 2026
- 0

AÇ-2020-nin seçməsində Macarıstan – Azərbaycan görüşü azarkeşsiz keçirilə bilər. Allsport.az saytı xəbər verir ki, buna səbəb sentyabrın 9-da hunların Slovakiya ilə ev oyununda (1:2) qonaq tərəfdarların milliyətçi şüarlar səsləndirməsi, hər 2 komandanın azarkeşləri arasında qalmaqalın yaranmasıdır.
Bu üzdən, UEFA-nın hər 2 tərəfə cəza tətbiq edəcək. Belədə, Macarıstan – Azərbaycan və Slovakiya – Uels matçları boş tribunalarda keçiriləcək. UEFA bununla yanaşı, həm 2 futbol federasiyasına 20 min avro pul cəzası da verə bilər.
Qeyd edək ki, Slovakiya – Uels matçı oktyabrın 10-da, Macarıstan – Azərbaycan qarşılaşması isə oktyabrın 13-də olacaq.