- Baxış sayı: 142
- 18 Mart 2026 20:45
- Baxış sayı: 137
- Mart 19, 2026
- 0

Yüngül çəki dərəcəsində (70 kq-a qədər) hazırkı UFC çempionu rusiyalı İslam Mahaçev kəmərlərindən birini Dağıstan respublikasının idman muzeyinə bağışlayıb.
Allsport.az xəbər verir ki, bu barədə muzeyin sosial şəbəkə hesabında məlumat yayılıb.
“İslam muzeyə əliboş deyil, vəd edilmiş UFC çempionluq kəməri ilə gəlib. Döyüşçü ona ayrılmış geniş şəxsi stendini görəndə boş rəfləri doldurmağa hazır olduğunu bildirdi. Onun geyindiyi əlcəklər, imzası olan UFC köynəkləri və gödəkçəsi muzeyə verilib”.