Mahaçevin məşqçisi: “Həbibin MMA-dan getməsi İslamı şoka saldı”

Rusiyalı UFC döyüşçüsü İslam Mahaçevin məşqçisi Xavyer Mendez əfsanəvi Həbib Nurməhəmmədovun qarışıq döyüş sənəti aləmini tərk etməsinə döyüşçüsünün reaksiyasından danışıb.

Allsport.az xəbər verir ki, yanvarın əvvəlində Həbib ailəsi ilə daha çox vaxt keçirmək üçün nəhayət MMA-nı tərk etdi.

“İslam üçün başqalarından daha çətin idi. Çünki o, Həbibin həmişə orada olmasına öyrəşib. O, ruhunun dərinliklərində sadəcə olaraq sarsıldı. Həbib Volkanovski ilə döyüşə getməzdən əvvəl onunla telefonla danışıb. Beləliklə, Həbib İslamın döyüşündə mənəvi şəkildə iştirak etdi, necə ki Həbibin atası Nurməhəmmədovun son döyüşündə iştirak edib “- dəye Xavyer Mendez öz müsahibəsində qeyd edib.

Fevralın ortalarında İslam Maxaçev yekdil qərarla avstraliyalı Aleksandr Volkanovskini məğlub edibvə UFC yüngül çəkidə dünya çempionu titulunu qoruyub.

Həmin kateqoriyadan