Mahir Əmrəlinin mənzilini qarət edən şəxslər saxlanılıb

“Qarabağ”ın futbolçusu Mahir Əmrəlinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Allsport.az saytı xəbər verir ki, daxili işlər nazirliyinin baş cinayət axtarış idarəsi, kriminalistik tədqiqatları idarəsi, Binəqədi rayon polis idarəsinin cinayət axtarış şöbəsi, kriminal tədqiqatlar qrupu və 40-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulublar.

Faktla bağlı hazırda Binəqədi rayon polis idarəsində araşdırma davam etdirilir. Mahirin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Həmin kateqoriyadan