“Mahir “Legiya”nı əhəmiyyətli dərəcədə gücləndirə bilər”

Polşalı futbol veteranı Tomaş Sokolovski Mahir Əmrəlinin “Legiya”da ilk oyunu haqda danışıb. Allsport.az xəbər verir ki, 50 yaşlı futbol mütəxəssisi millimizin üzvünün yeni klubuna tez uyğunlaşdığını bildirib:

“Mahir Əmreli özünü çox yaxşı göstərdi. O, “Legiya”nı əhəmiyyətli dərəcədə gücləndirə bilər. Meydanda yaxşı hərəkət edir. Komandaya yeni qoşulmasına baxmayaraq, sürətlə uyğunlaşdı. Gənc Skibiçki, Luqinyas da yaxşı oyunçulardır”.

Mahirin debüt etdiyi qarşılaşmada “Legiya” çempionlar liqasının 1-ci təsnifat mərhələsi çerçivəsində Norveçin “Bodo Qlimt” komandasını səfərdə 3:2 hesabı ilə məğlub edib. Əmrəli bu oyunda iki qolla yadda qalıb.

Həmin kateqoriyadan