- Baxış sayı: 28
- 31 Mart 2026 17:12
- Baxış sayı: 708
- Mart 30, 2026
- 0

Mahir Əmrəli “Legiya”nın heyətində növbəti qolunu vurub. Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Krasnodar”la yoldaşlıq matçında fərqlənib.
Əsas heyətdə meydana çıxan Əmrəli 39-cu dəqiqədə hesabı açıb. O, 70-ci dəqiqədə əvəzlənib. Matç isə 1:1 hesabı ilə başa çatıb.
Daha əvvəl “Bişofshofen”lə yoxlama oyunu “Legiya”nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.