- Baxış sayı: 37
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 121
- Noyabr 28, 2024
- 0
Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç yerli mətbuata müsahibə verib. Allsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, “Mahir Əmrəlinin ulduz olmaq potensialı varmı” sualını belə cavablandırıb:
“Kaş ki olsun. Bunun üçün potensialı var. Amma bu liqaya çox sayda potensiallı oyunçu gəlsə də, heç də hamısı uğurlu ola bilməyib. Onun yaxşı oynaması və bizə kömək etməsi üçün hər şeyi edəcəyik. Əmrəli oyuna qoşulmağı sevən futbolçudur. Meydanda çox qaçır. Ekstraklasanın ulduzu olmasını istərdim. Amma heç nəyi əvvəlcədən deyə bilmərəm”.