- Baxış sayı: 48
- 04 Mart 2026 22:18
- Baxış sayı: 73
- Mart 02, 2026
- 0

UFC prezidenti Dana Uayt ABŞ-nin Ağ Ev administrasiyasının ərazisində təşkil olunacaq tarixi turnirin döyüş proqramını (kard) bu həftə elan edəcəyini bildirib.
Allsport.az xəbər verir ki, iyunun 14-də keçirilməsi planlaşdırılan turnir ABŞ-nin müstəqilliyinin 250 illiyi və prezident Donald Trampın 80 illik yubileyinə təsadüf edir.
D.Uayt döyüşçü siyahısının artıq hazır olduğunu və son iki həftə ərzində bu istiqamətdə intensiv görüşlərin keçirildiyini vurğulayıb. Turnirdə Konor Makqreqorun iştirak edib-etməyəcəyi ilə bağlı suala isə promouter: “Buna hələ baxacağıq”, – deyə cavab verib.
Ağ Evin cənub qazonunda baş tutacaq bu unikal idman tədbiri üçün təşkilatın təxminən 60 milyon ABŞ dolları məbləğində vəsait xərcləyəcəyi gözlənilir. Bu, UFC tarixində ən bahalı və genişmiqyaslı layihələrdən biri hesab olunur. Tədbirə 5 minə yaxın izləyicinin qatılacağı, on minlərlə fanatın isə yaxınlıqdakı parkda quraşdırılacaq böyük monitorlar vasitəsilə döyüşləri canlı izləyəcəyi bildirilir.