Makqreqor boks əfsanəsi ilə Canelonu barışdırmaq üçün qeyri-adi üsul təklif edib

Keçmiş UFC çempionu Konor Makqreqor boksçu Saul “Kanelo” Alvareslə onun keçmiş promouteri Oskar De La Hoya arasında yaranan mübahisəyə cavab verib.

Allsport.az xəbər verir ki, Alvarez Xayme Munqiya ilə döyüşdən əvvəl mətbuat konfransında De La Hoya ilə kobud şəkildə üz-üzə gəlib.

De La Hoya daha sonra Alvaresi reputasiyasına xələl gətirdiyinə görə məhkəməyə verməyi planlaşdırdığını bildirib.

“Bu ikisini BKFC-də yumruq mübarizəsində görmək istərdim. Əlcəklərini çıxar və döyüş” – Makqreqor sosial şəbəkələrdə yazıb.

Həmin kateqoriyadan