- Baxış sayı: 142
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqorun MMA-da keçirdiyi döyüşlər üçün aldığı qonorarlar sosial şəbəkələrdə ictimaiyyətə açıqlanıb.
Allsport.az xəbər verir ki, 35 yaşlı idmançının 5 döyüşünün qazancları müəyyənləşib:
UFC 189, iyul 2015. Konor Makqreqor – Çad Mendes. Qazanc: 2,6 milyon dollar;
UFC 194, dekabr 2015. Konor Makqreqor – Xose Aldo. Qazanc: 4,4 milyon dollar;
UFC 196, mart 2016. Konor Makqreqor – Neyt Diaz. Qazanc: 5,5 milyon dollar;
UFC 202, avqust 2016. Konor Makqreqor – Neyt Diaz 2. Qazanc: 5,6 milyon dollar;
UFC 205, noyabr 2016. Konor Makqreqor – Eddi Alvarez. Qazanc: 6,8 milyon dollar.
Konor Makqreqor ümumilikdə 28 MMA döyüşü keçirib və 22 qələbə qazanıb.