Makqreqor məhkəmə qarşısına çıxarılacaq

Yarı-yüngül çəkidə (66 kq-a qədər) və yüngül çəkidə (70 kq-a qədər) keçmiş UFC çempionu Konor Makqreqor keçmiş UFC döyüşçüsü Artyom Lobovun köhnə şikayətinə görə yenidən məhkəmə qarşısına çıxacaq.

Allsport.az xəbər verir ki, iki il əvvəl Lobov məhkəməyə müraciət edərək Makqreqordan ona “Proper no12” viski brendinin satışından bir faiz ödəməsini tələb etmişdi. İrlandiyalı brendini 600 milyon dollara satıb.

Makqreqor və Lobov arasında kommersiya mübahisəsinə baxılma tarixi gələn ilin yanvarına təyin edilib.

Həmin kateqoriyadan