Maks Konora meydan oxuyub

Allsport.az xəbər verir ki, amerikalı UFC döyüşçüsü Maks Hollovey irlandiyalı Konor Makqreqora qarşı yenidən mübarizə aparmaq arzusundan danışıb. Təcrübəli döyüşcü belə deyib:

“Mən Konorla döyüşməyi çox istərdim. O, indi böyük adamdır, mən bu döyüşü səbirsizliklə gözləyirəm. Qarşılşma maraqlı, əyləncəli olardı. Bu mübarizənin nəticəsi ilə bağlı çoxlu suallar var. Çünki son görüşümüzdən sonra dəyişmişik. Bir çox pərəstişkarlar məndən bu dava barədə soruşurlar. Və bu heç çəki kateqoriyasına aid deyil”.

2013-cü ilin avqustunda Hollovey yekdilliklə qəbul edilmiş qərarla Makqreqora uduzmuşdu.

Həmin kateqoriyadan