Maksim Medvedev: Son oyunda yaxşı nəticə qazanmaq istəyirik

Maksim Medvedev qitə liqasında “A” qrupunun son turunda “Düdelanj”la ev oyunu öncəsi mətbuat konfransına qatılıb. Allsport.az saytı xəbər verir ki, o, yekunu yüksək ovqatda bitirmək istədiklərini söyləyib:

“Baxmayaraq ki, imkanımız yoxdur, son oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq. Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur.

Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, bizim köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim”.

Həmin kateqoriyadan