- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Rayan Şerki zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Allsport.az xəbər verir ki, fransalı futbolçu bud nahiyəsindən aldığı zədə səbəbindən “Brayton”la oyunu buraxıb.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola oyunsonrası mətbuat konfransında vəziyyətə aydınlıq gətirərək, Şerkinin təxminən iki aya yaxın komandaya kömək edə bilməyəcəyini bildirib. Bu müddət ərzində oyunçu fərdi bərpa proqramı keçəcək.
Şerki bu yay 36,5 milyon avroya “Lion”dan “Siti”yə keçib. O, premyer liqada iki matçda 1 qol vurub.