“Mançester Yunayted” müdafiə xəttini gücləndirir

“Mançester Yunayted” “Ayntraxt Frankfurt”un sol cinah müdafiəçisi Nataniel Braun üçün mübarizəyə qoşulub.

Allsport.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı futbolçunu 2027-ci ilə qədər müqaviləsi olan Lyuk Şounun uzunmüddətli varisi kimi nəzərdən keçirir.

Nataniel Braun cari mövsümdə nümayiş etdirdiyi hücumameyilli oyunu ilə diqqət çəkir. O, Frankfurt təmsilçisinin heyətində bütün turnirlərdə 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. “Ayntraxt”ın gələn mövsüm Avropa kuboklarına vəsiqə qazanmaq imkanının qeyri-müəyyən olması klubu vəsait toplamaq üçün gənc müdafiəçini satmağa vadar edə bilər.

Almaniya klubu Braun üçün təxminən 51 milyon funt-sterlinq tələb edir.

Həmin kateqoriyadan