- Baxış sayı: 15
- 17 Mart 2026 11:41
- Baxış sayı: 201
- Mart 16, 2026
- 0

“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, danimarkalı futbolçu “Mançester Yunayted” və “Yuventus”un maraq dairəsinə düşüb.
28 yaşlı oyunçu özünü Kataloniya klubunda xoşbəxt hiss etmir və başqa komandaya keçidə müsbət yanaşır.
Kristensenin “Barsa” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, cari mövsüm ərzində zədə səbəbindən cəmi 1 oyunda iştirak edib.