- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko zədə səbəbindən premyer liqanın 12-ci turunda “Everton”la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
Allsport.az xəbər verir ki, matç noyabrın 24-də keçiriləcək.
Sloveniyalı futbolçu həmçinin “Kristal Peləs”lə oyunu da buraxmaq riski ilə üz-üzədir.
O, ən yaxşı halda dekabrda meydana qayıda biləcək. Şeşko bu zədəni “Tottenhem”lə 2:2 hesabı ilə başa çatan görüşdə diz nahiyəsindən alıb.
Şeşko cari mövsümdə klubun heyətində bütün turnirlərdə 12 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.