“Mançester Yunayted”də ciddi itkilər

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə premyer liqasının XIX turu çərçivəsində keçiriləcək “Vulverhəmpton”la qarşılaşma öncəsi komandadakı ciddi itkilər barədə məlumat verib.

Allsport.az xəbər verir ki, kapitan Brunu Fernandeş də daxil olmaqla, ümumilikdə 5 aparıcı futbolçu dekabrın 30-da baş tutacaq matçı qaçıracaq.

Baş məşqçi bildirib ki, Brunu Fernandeş artıq məşqlərə başlamaq istəsə də, onun və Meyson Mauntun fiziki durumu oyuna hazır deyil. Həmçinin Kobbi Maynu hələ fərdi məşqlərə yeni başlayıb, Matteys de Liqt və Harri Maquayr isə zədə səbəbindən sıradad deyillər. Amorim bu oyunçuların növbəti – “Lids”lə matça yetişib-yetişməyəcəyinin hələ bəlli olmadığını vurğulayıb.

Həmin kateqoriyadan