“Mançester Yunayted”dən “Napoli”yə

“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Meynunu transfer etməkdə maraqlıdır.

Allsport.az xəbər verir ki, Neapol təmsilçisi 20 yaşlı ingilis futbolçunu gələn ilin yanvarında transfer etmək şərti ilə icarəyə götürmək niyyətindədirlər.

“Napoli” həmçinin Meynuya “Mançester Yunayted”dəki maaşını – həftədə təxminən 40.000 avro ödəməyə hazırdır. Oyunçunun özü İngiltərə klubundan ayrılmaq istəyir və DÇ-2026-ya hazırlaşmaq üçün daha çox oyun vaxtı qazanmağa ümid edir.

Cari mövsümdə Kobbi səkkiz matçda iştirak edib və bir məhsuldar ötürmə edilib.

Həmin kateqoriyadan