Mançininin təzminat məbləği bilindi

Roberto Mançininin Səudiyyə Ərəbistanı millisinin baş məşqçi postundan qovulacağı təqdirdə alacağı təzminat məbləği məlum olub.
Allsport.az xəbər verir ki, daha əvvəl İtaliya millisi ilə AVRO-2020-nin qalibi olan 59 yaşlı mütəxəssisin istefaya qərar verildiyi barədə məlumat yayılıb. Qərarın Səudiyyə Ərəbistanı kralı tərəfindən təsdiqlənməyi qalır.
Mançininin alacağı təzminat məbləğinin 25-30 milyon avro arasında olacağı deyilir.
Mançini 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı millisini çalışdırır. 2026-cı il dünya çempionatının 3-cü təsnifat mərhələsinin 4 turundan sonra səudiyyəlilər 5 xalla “C” qrupunda 3-cüdür.

Həmin kateqoriyadan