- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

İspaniya kral futbol federasiyasının (RFEF) intizam komitəsi “Sevilya”nın müdafiəçisi Markaonu ağır cəzalandırıb.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu la liqanın XVII turunda “Real Madrid”lə matçdan (0:2) sonra ümumilikdə 6 oyunluq diskvalifikasiya edilib. Markao oyun zamanı qırmızı vərəqə aldığı üçün 1, baş hakim Alexandro Munyisi təhqir etdiyi üçün 4, qeyri-idman hərəkətlərinə görə isə əlavə 1 matçlıq cəza alıb.
Bundan əlavə, Əndəlüs təmsilçisinin baş məşqçisi Matias Almeyda da eyni oyunda aldığı iki sarı vərəqəyə görə 1 oyunluq cəzalandırılıb.