- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə görüşüb. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan görüşdə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda İtaliya “İnter”i ilə keçirilən matçda baş verənlər müzakirə olunub.
Marketti “Qarabağ”ın vitse-prezidentini olduqca səmimi qarşılayıb. Görüş 1 saat davam edib. Tahir bəy UEFA məmuruna öncəliklə “Qarabağ” haqqında məlumat verib. Ağdam klubunun Azərbaycanın eyniadlı bölgəsinin təmsil etdiyini vurğulayıb, komanda və reallıqlar haqqında geniş danışıb. “Qarabağ”ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, “Qarabağ”ın 1 milyon məcburi köçkünü təmsil etməsini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib. Tahir bəy ardınca “Qarabağ”ın çıxışından danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacib olduğunu vurğulayıb. Tahir bəy İtaliya “İnter” ilə son oyunda baş verən məlum olaya toxunub. Baş verən haqsızlığı sadəcə, bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.
Marketti isə öz növbəsində baş verən olayla əlaqədar UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələylə bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərarı çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müfaviq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirib. İstənilən halda UEFA hakimlik məsələsinə çox həssas yanaşır. Hakimlər xəta etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda uğurlu idarəcəlik zamanı da daha çox təqdir qazanmış olurlar. Qeyd olunan iclasda alınacaq qərarla razılaşmayacağı təqdirdə, “Qarabağ”ın klub olaraq etiraz hüququnun olduğunu bildirib. Alınacaq qərarla razılaşmasa, Ağdam klubu UEFA-nın bayrağı altında olan digər klublar kimi, daha ali məhkəməyə müraciət etmək imkanına malik olacaq.
Marketti həmçinin “Qarabağ”ın uğurlu çıxışını təqdir edib. Ağdamlıların qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. O, həmçinin daha öncə Bakıda olduğunu, paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqisini yüksək qiymətləndirib. Ən sonda “Qarabağ”ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək, komandamıza uğurlar arzulayıb. (klub saytı)