- Baxış sayı: 25
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Formula-1 üzrə Azərbaycan qran prisinin marşalları fəaliyyətə başlayıb.
Allsport.az xəbər verir ki, dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq və onların təhlükəsizliyi üçün ən önəmli komanda artıq hazırdır – Formula-1 marşalları.
Bu il 1500-ə yaxın marşal Formula-1 qran prisi 2025-də iştirak edərək yarışın təhlükəsizliyini təmin edəcək.
Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olublar, təlimatlar alıblar və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiriblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.
Formula-1 marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti Formula-1-ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.
Marşalların dəqiqliyi, intizamı və cəsarəti olmadan Formula 1 mümkün olmazdı. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətdə mübarizə aparır, azarkeşlər isə trekin həyəcanını təhlükəsiz şəraitdə izləyə bilirlər.
Formula 1 üzrə Azərbaycan qran prisi 19–21 sentyabrda Bakı şəhərinin mərkəzi küçələrində keçiriləcək.