- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 114
- Dekabr 31, 2025
- 0

Fransa liqa 1-də 3-cü pillədə qərarlaşan “Marsel” yanvar transfer pəncərəsində heyətini ciddi şəkildə yeniləməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, Roberto De Zerbinin sisteminə uyğunlaşmaqda çətinlik çəkən bir neçə ulduz futbolçu komandadan ayrıla bilər:
Komandanın əsas ulduzlarından olan Amin Quirinin “Qalatasaray”a keçəcəyi gözlənilir. Türkiyəlilər əlcəzairli forvard üçün rəsmi təklif hazırlayır.
Anxel Qomes kluba azad agent kimi gəlsə də, əsas heyətdə möhkəmlənə bilmədiyi üçün gedişi gündəmdədir.
Akademiyanın ulduzları Darri Bakola və Robinio Vaz da yanvarda klubu tərk edə bilərlər.
Gedişlərdən əldə olunacaq vəsaitin yeni transferlərə yönəldiləcəyi gözlənilir.