- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Real Madrid”in sabiq müdafiəçisi Marselo karyerası boyu qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqlayıb.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu ona ən çox çətinlik yaradan oyunçular arasında birinci yerə Lionel Messini qoyub. O, argentinalı ulduzu təbəssümlə “çox mürəkkəb rəqib” kimi xarakterizə edib.
Siyahıda növbəti pillələrdə “Sevilya”nın sabiq üzvü Xesus Navas və “Real Sosyedad”ın keçmiş yarımmüdafiəçisi Xabi Prieto qərarlaşıb. Marselo Prieto haqqında danışarkən onun kənardan sadə oyunçu kimi göründüyünü, lakin meydanda gözlənilməz dərəcədə güclü müqavimət göstərdiyini qeyd edib.
Sonda keçmiş müdafiəçi “Barselona”nın sabiq futbolçusu Pedro Rodriqesin də adını çəkərək, onunla mübarizə aparmağın olduqca çətin olduğunu vurğulayıb.