- Baxış sayı: 28
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

Fransalı futbolçu Antoni Marsial karyerasını Meksikada davam etdirmək qərarına gəlib.
Allsport.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş hücumçusu AEK-dən ayrılaraq “Monterrey”ə keçəcək.
Yunan klubu artıq futbolçuya tibbi müayinədən keçmək üçün Meksikaya uçmağa icazə verib.
“Real Madrid”in sabiq müdafiəçisi Serxio Ramos da “Monterrey”də çıxış edir.
Yunanıstan çempionatının son mövsümündə Marsial 19 oyun keçirib və 7 qol vurub.