Martines yenidən hədəfdədir

“Mançester Yunayted” qış ​​transfer pəncərəsində “Aston Villa”nın qapıçısı Emiliano Martines variantına yenidən baxmağı düşünür. 

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyinin qərarı əsasən ötən yay komandaya qoşulan hazırkı qapıçı Senne Lammensin çıxışından asılı olacaq. Klubun argentinalı futbolçu ilə maraqlanması yayda da fəal müzakirə olunub.

Martínes bu mövsüm pemyer liqada 5 oyun keçirib. Onun “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Həmin kateqoriyadan