FOTO
“Matç” TV-nin aparıcısı, “Miss Rusiya”nın finalçısı, xizəkçi və deputat!

“Matç” TV-də peşəkar xizəkçinin, Rusiyanın əsas gözəllik müsabiqəsinin finalçısı, fitnes klubu sahibi və deputatın işlədiyini bilirdinizmi? Xeyr, söhbət 4 fərqli insandan deyil, konkret birindən gedir. Həmkarımız Olqa Petrikova ilə tanış olun!

Allsport.az saytı xəbər verir ki, o, 31 may 1982-ci ildə azərbaycanlıların sız yaşadığı Surqutda anadan olub. Uşaq ikən xizək sürməyə maraq göstərib, şəhər komandasında oynayıb, həmçinin Xantı-Mansiysk muxtar dairəsi xizək sürmə və biatlon yığmasının üzvü olub.

2004-cü ildə Surqut dövlət universitetinin bədən tərbiyəsi fakültəsini bitirib, sonra daha 2 ali təhsil alıb: jurnalistika və hüquq. Universitetdən sonra fitnes klubunda təlimatçı kimi işə düzəlib, lakin kiminsə üçün işləməkdən tez yorulub və 2005-ci ildə öz idman zalını açıb.

2003-cü ildə Olqa ilk dəfə “Miss Sibir” gözəllik müsabiqəsində iştirak edib. 2008-ci ildə “Miss Uqra”da ən gözəl qız olub və 2011-ci ildə bu cür əsas tədbirin – “Miss Rusiya”nın finalına çıxıb. Tacın alınması qeyri-real idi, çünki hər şey əvvəlcədən ödənilirdi. “Ən gözəl ana yox, ən zəngin ana olmaq lazım idi. 12 milyon rubl ödəyin və qələbə sizindir”, Petrikova müsahibəsində deyib.

Olqa özünü siyasətdə də sınayıb: 2011-ci ildə Surqut şəhər dumasının deputatı olub. 2016-cı ildə “Matç” TV-də işə düzəlib, indi “Hamısı matç üçün” proqramına aparıcılıq edir və digər telekanal layihələrində iştirak edir.

O, keçmiş yarış sürücüsü Oleq Petrikovla evlidir. Bu, onun 3-cü evliliyidir və qızlıq soyadı Matveyevadır. Cütlüyün 2 övladı var.

Həmin kateqoriyadan