- Baxış sayı: 140
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Azərbaycanlı kikboksçu, K1 döyüşçüsü Zabit Səmədov MMA turniri olan ACA-130-da döyüşə çıxıb.
Allsport.az xəbər verir ki, “Mauqli” ləqəbli 37 yaşlı idmançı oktaqonda K1 qaydaları ilə keçirilən döyüşdə Nayf Didye ilə qarşılaşıb. Səmədov rəqibinə 2-ci raundda texniki nokautla qalib gəlib.
Qroznıda keçirilən döyüşü Çeçenistanın prezidenti Ramzan Kadırov da izləyib.
Zabit Səmədov bu görüşdə qalib gəlməklə karyerasında 103-cü qələbəsini qazanıb.