Maurisio Sarri: Uduzmadan qalib olmaq ikiqat sevinclidir

Avropa liqasının Bakı finalında “Çelsi” həmşəhərlisi “Arsenal”a 4:1 darmadağın etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Maurisio Sarri bunu dedi:

“Nətiəcədən çox məmnunam. Bu mükafat azarkeşlər üçün də önəmlidir, bizim üçün də. Bu qələbəyə layiq idik. Yanvar və fevralda problemlər yaşadıq.

Amma bundan yaxşı nəticə çıxardıq və çempionlar liqasına vəsiqə qazandıq. Avroliqada isə 15 oyun keçirdik və uduzmadan qalib olduq. Bu, mənim üçün çox önəmlidir”.

Həmin kateqoriyadan