- Baxış sayı: 62
- 01 Fevral 2026 12:46
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

Olimpiya oyunları tarixinin ən titullu idmançısı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu, ABŞ-lı Maykl Felpsdir. Batterflayda 200 metr məsafəyə hamıdan tez çatan üzgüçü, Rio-2016-da qızıl medal üzrə şəxsi rekordunu 2-ci dəfə yeniləyib. O, yarışın ilk günündə sərbəst üsulla 4×100 metr məsafəyə estafetdə 1-ci olub. Hazırda Felpsin hesabında 21 qızıl medal var.
Titullu atlet karyerası ərzində 5, buna qədər isə 4 – Sidney, Afina, Pekin, London Yay Olimpiya Oyunlarının mükafatçısı olub. Amerikalı idmançı nailiyyətlərinin sayına görə, ən mötəbər idman yarışı tarixində mütləq rekordçudur. Onun hesabında 25 medal – 21 qızıl, 2 gümüş və 2 bürünc medal var.