- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil “Linfild” klubunun Avropa liqasının pley-ofunda “Qarabağ”a rəqib olması barədə fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, həmyerlilərinin çətin oyunlar gözlədiyini deyib:
““Linfild”in etdikləri çox yaxşıdır. Bununla onlar Şimali İrlandiyanın digər komandalarına da sübut etdilər ki, yaxşı hazırlıq keçdiyin təqdirdə, uğur qazana bilirsən. Ümid edirəm ki, komandanın bu çıxışı digərlərini də ruhlandırar. Onları “Qarabağ”a qarşı çətin sınaq gözləyir. Əminəm ki, Devid Hili komandanı rəqibə qarşı yüksək motivasiya ilə hazırlayacaq”.